Fərid “Fəridlə tanış olun” müsabiqəsinə start verir
Azərbaycanı 58-ci “Eurovision” mahnı müsabiqəsi üçün İsveçdə təmsil edəcək iştirakçımız Fərid Məmmədov fanatlar üçün müsabiqə elan edib
10 Aprel 2013 19:37 Mədəniyyət"OLAYLAR"ın iştirakçının "Facebook" rəsmi səhifəsinə istinadən verdiyi məlumata görə, 11-24 aprel tarixləri aralığında özü haqda rəsmi səhifəsinə ətraflı məlumat yerləşdirən Fərid sualları cavablandıranın xüsusi hədiyyə ilə mükafatlanacağını da qeyd edib. Belə ki, təşkil olunacaq müsabiqənin şərtlərinə görə, həftə içi beş gün 11:00-dan etibarən ünvanlanan bir suala düzgün cavab verən ilk on iştirakçı ballar qazanacaq. Birinci düzgün cavab verən 12, ikinci 10, üçüncü 8, digərləri isə azalan balla qiymətləndiriləcək. Səhifədə izləyicilərə iki həftə ərzində cəmi 9 sual yollanacaq. Ən çox düzgün suala cavab verən şəxs isə sonda Fəriddən gözəl hədiyyə əldə edəcək. Xatırladaq ki, ilk sual sabah Fəridin "Facebook" rəsmi səhifəsində yerləşdiriləcək.