Natavan Həbibi kazinoya getməyini etiraf etdi

İstirahətdən yenicə qayıdan müğənni Natavan Həbibi şou-biznesdən yorulub. Sənətçi Axşam.az saytına açıqlamasında tez-tez xaricə getmə səbəbindən danışıb:
"Şou-biznesdə çox qalmaq maraqlı deyil. Bu aləmin insanlarının səmimiyyətsizliyindən, ikiüzlülüyündən yoruldum. Ona görə də tez-tez xaricə gedib, istirahət edirəm. Kazinoya gedirəm, şəhərləri gəzirəm. Burada olanda isə bütün günü evdən bayıra çıxmıram. Televizora baxıram, yatıram... Çəkiliş olmasa, mən heç yerə getmərəm.
Şou-biznesdə mənim kimi ikinci bir sənətçi yoxdur, olacağına da inanmıram. Məndən yaxşı həyat yoldaşı olardı, bütün günü evdə oturar, ərim üçün yemək hazırlayardım".
Natavan sosial şəbəkələrdəki profilindən də danışıb:
"Heç bir sosial şəbəkədə oturmuram. Profilimi və səhifəmi "Onlar" verilişinin müxbiri, yaxın rəfiqəm Aysel idarə edir. Bütün xəbərləri ondan alıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31