Beren Saat 715 min türk lirəsi dəyərində təzminat aldı

Türkiyənin məşhur aktrisası Beren Saat onun icazəsi olmadan fotolarından istifadə edən firmadan 715 min türk lirəsi dəyərində təzminat alıb

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saçdakı ağları yox edən firma məhsulunun reklamında şəklinin icazəsiz olaraq istifadə edilməsinə etiraz olaraq məhkəməyə üz tutan Saat nəhayət ki, qarşı tərəfdən tələb etdiyi təzminatı ala bilib. 2011-ci ildə yayımlanan reklamda şəkli istifadə edilən Beren Saatın gənc olmasına baxmayaraq saçının ağarması, reklam olunan məhsuldan istifadə etdikdən sonra isə öncəki halını bərpa etməsi qeyd edilir. Məhkəmə tərəfindən verilən qərara görə qarşı tərəf  şəkli icazəsiz istifadə etdiyinə görə 700 min, vurduğu mənəvi ziyana görə isə 15 min türk lirəsi həcmində təzminat ödəyib. Bundan başqa məkəmənin verdiyi qərarla həmin şirkət beş media orqanında qarşı tərəfə vurduğu zərərə görə üzr də istəyəcək.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31