Fərid Məmmədov promotur çərçivəsində Yunanıstana səfər edib

"Fərid ilk dəfə olaraq Eurovisionla bağlı təşkil edilən  beynəlxalq tədbirdə çıxış edib. Səfər çərçivəsində müxtəlif yunan telekanallarına açqlama və müsahibə verən Fərid bu gün Avropada artıq tanınır. Fərid Afinada ilk olaraq ALPHA TV-də Natalia Germanou və Themis Georgantasın apariciliq etdiyi "Mes Tin Kali" adlı  populyar səhər proqramına qonaq oldu. Geniş auditoriyaya sahib olan telekanalda Fəridin qonaq qismində qatılması elə onun ən böyük uğurlarından hesab olunur. Bundan başqa səfər zamanı Fərid STAR TV, MAD TV, ERT, ESCKAZ.COM, OIKOTIMES, ANT1 TV, and Belarusiyanın  БТ televiziya kanalına da müsahibə verib".  Bu sözləri  "OLAYLAR"a verdiyi açıqlamasında Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov deyib. Fəridin Yunanıstanda olmasından böyük sevinc hissi keçirdiyini deyən Tahir Məmmədov bunu həm də təmsilçimizin idmana olan marağı ilə bağlayıb: "İdmana böyük marağı olan Fərid Eurovisionda iştirak etməsini peşəkar atlerlərin Olimpiyadada iştirakıyla müqayisə edərək bu hadisədən böyük sevinc və qurur hissi keçirdiyini qeyd edib.  Fərid səfər zamanı 1896-cı ildə ilk dəfə keçirilən Olimpiya Oyunlarına ev sahibliyi edən yenilənmiş Panathenais Stadionunda da olub". Tahir Məmmədov Fəridin səhnə rejisorunun Fokas Evangelinosla olmasının onun üçün böyük uğur olduğunu da deyib:  "Bu rejissor Eurovosion-2005 birincisi olan Yunan təmsilçisi Helena Poparizou, 2008-ci ildə qalib Rusiya təmsilçisi Dima Bilan və həmin ildə ikinci yeri tutan Ukrayna təmsilçisi Ani Lorak, 2009-cu ildə Sakis Rouvas kimi məşhurlarla işləyib. O, həmçinin 2006-cı ildə  Afinada keçirilən Eurovision Mahnı Müsabiqəsinin və 2011-ci ildə keçirilən Dünya Xüsusi Olimpiya Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin də rejissoru olub". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31