Şakiraya qarşı 100 milyon dollarlıq iddia qaldırıldı

Olaylar İA Türkiyə mətbuatına istinadən bildirir ki, dünya ulduzu Şakiranın keçmiş sevgilisi Antonio de la Rua ona qarşı 100 milyon dollarlıq iddia irəli sürüb. Onun sözlərinə görə, 11 il davam edən münasibətləri boyunca Şakiraya menecerlik edib və ona böyük miqdarda pullar qazandırıb. Şakiranın məhkəməyə təqdim etdiyi dəlillər sübut edib ki, 2000-ci ildə Rua ilə tanış olan zaman artıq Şakiranın şöhrəti vardı və Rua heç vaxt Şakiraya menecerlik etməyib. Şakira bildirib ki, indiyədək Rua ilə yalnız 2006-cı ildə bir müvaqilə imzalayıblar. Müqaviləyə görə, ayrılacaqları təqdirdə mallarını ayıracaqlar.

Qeyd edək ki, Şakira keçmiş Argentina prezidenti Fernando de la Rua-nın oğlu Antonio de la Rua ilə 11 il sevgi yaşayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31