Fərid Avropanı ayağa qaldıracaq

Azərbaycanın İsveçdə təşkil ediləcək 58-i "Eurovision" mahnı müsabiqəsinin təmsilçisi Fərid Məmmədov "Facebook" sosial şəbəkəsində özü haqqında ingilis dilində ətraflı məlumatlar yerləşdirib. "Eurovision" səhnəsindəki ilk uğurunun ötən il litvalı təmsilçinin ifa etdiyi "Love is blind" mahnısı ilə  qazandığını deyən Fərid mayın 16-da, ikinci yarımfinalda səhnədə ifa edəcəyi "Hold me" mahnısı ilə bütün Avropanı heyrətləndirəcəyini qeyd edib. Fərid özü haqqında dərc olunan digər məlumatda bütün Avropanı ayağa qaldıracağı "Hold me" mahnısının bəstəkarı Dimitri Kontopolos səsini bəyəndiyi üçün mahnını məhz ona verdiyini də qeyd edib. Son yeniliklərini "Facebook" rəsmi səhifəsində paylaşan təmsilçimiz xarici ölkələrdə olarkən çəkdirdiyi fotolarını da yayımlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31