İlhamə Quliyevanın şikayət ərizəsi niyə qəbul olunmayıb?

İlhamə Quliyeva-Nazpəri Dostəliyeva arasında yaranan münaqişəyə görə bu gün Yasamal Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın şikayət ərizəsi qəbul olunmayıb. Şikayət ərizəsinin qəbul olunmamasının səbəbləri haqda İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva "OLAYLAR"a danışıb: "İlhamə Quliyeva tərəfindən Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə  İdarəsinə təqdim edilən ərizə qəbul olunmayıb. Əslində mütəşəkkil cinayətkarlığa dair yazılan ərizə həmin orqana yox, Yasamal Rayon Məhkəməsinin ünvanına təqdim edilməli idi. Bu işin  qəbul olunmamasının səbəbi ərizənin səhv təqdimidir. Məndən soruşsaydılar ərizənin məhkəminin özünə təqdim olunmasının vacibliyini başa salardım. Ərizələri hazır edib, Yasamal Rayon Məhkəməsinə təqdim etdikdən sonra növbəti məhkəmə prosesi keçiriləcək.  Yəni burda udub-uduzmaq məsələsi həll edilməyib". Xalq artisti Nazpəri Dostəliyeva isə məhkəmənin bitdiyini və öz qərarını açıqladığını deyib: "Bu haqda bir sözlə belə deyə bilərəm ki, məhkəməni biz udduq. Bu haqda ətraflı informasiayal yayılıb. Məhkəmə prosesi başa çatdı, məhkəmə bitdi. O sözlər yalandır. Məhkəməni qazanan isə mən oldum. Bu iş bitib artıq. Nə məhkəmə keçirilə bilər ki? Bu məsələdə mən haqlı oldum"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31