Nadir Qafarzadənin türklərə işi düşüb

Müğənni Nadir Qafarzadə daha bir mahnısına klip çəkdirəcək. Axşam.az-ın məlumatına görə, o, bu dəfə də əcnəbi rejissora müraciət edəcək.
Müğənni "Şoubiz" verilişinə açıqlamasında yay ab-havalı, rəngarəng klip istədiyini deyib:
"Klipi Türkiyədə tanınmış rejissorlardan olan Mustafaya həvalə edəcəm. Bu, Gövhər Həsənzadə ilə bizim yeni layihəmiz olacaq. İnanıram ki, "Pardon" qədər maraqlı və fərqli ekran işi alınacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31