Tatlısəs yenidən ata oldu

Həkimlərin söylədiyi fikirlərə görə, ən geci düənə dünyaya gəlməsi gözlənilən İbrahim Tatlısəs-Ayşəgül Yılmaz cütlüyünün körpələri nəhayət ki doğuldu

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün futbol qarşılaşması üçün Urfaya gedən Tatlısəs qızı dünyaya gələnədək həyat yoldaşı Ayşəgülün yanına qayıdıb.Axşam saat bir radələrində dünyaya gələn körpənin çəkisi 3 kilo 715 qram, boyu isə 53 santimetr olub. İbrahim Tatlısəsin meneceri müğəninin "Tvitter"dəki rəsmi səhifəsində hər şeyin qaydasında olduğunu, cütlüyün körpələri ilə birgə xoşbəxt anlar yaşadığını deyib. Elif Naz adı qoyulacağı söylənilən körpəyə Elif Ada adı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31