İlhamə Quliyeva bu dəfə uduzdu
Nazpəri Dostəliyeva qalib çıxdı
9 Aprel 2013 13:02 MədəniyyətXalq artisti İlhamə Quliyevanın Daxili İşlər Nazirliyinə ünvanladığı, daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılmış şikayət ərizəsinə bu gün Yasamal Rayon Məhkəməsində baxıldı.
ANS PRESS-in məlumatına görə, İlhamə Quliyeva Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldılmasını və işgüzar nüfuzuna xələl gətirməsini əsas gətirərək qaldırdığı iddiası məhkəmə tərəfindən qəbul edilmədi.
Məhməkə iclası N.Dostəliyevanın şəxsi vəkili Yuniz Vəliyevin və dövlət tərəfindən təyin olunmuş vəkili Səyyar Mirzəyevin, eləcə də İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva və hüquqi numayəndəsi Faiq Ələkbərlinin iştirakı ilə keçirildi.
***
Xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmədi.
ANS PRESS-in məlumatına görə, qərar bu gün hakim Şeyda Məhərrəmovanın hakimliyi ilə keçən məhkəmə hazırlıq iclasında verildi.
Hazırlıq iclasına nə İlhamə Quliyeva, nə də Nazpəri Dostəliyeva qatılmışdı. Məhkəmə hazırlıq iclası tərəflərin nümayəndələrinin iştirakı ilə baş tutdu.