Günay İbrahimli ona boşanmağa yardım etmiş vəkilə aşiq oldu

Müğənni yeni klipini təqdim edib

Populyar ifaçı Günay İbrahimli yeni klipini təqdim etdi. ANS PRESS-in məlumatına görə, klip "Qala" qrupunun üzvü Ceyhun Əliyevin Nuriyyə Əhmədovanın sözlərinə bəstələdiyi "Özüm də sənsən" mahnısına çəkilib. Klipin rejissoru Nail Naiboğludur. Klipin sujet xətti gənc xanımın taleyindən bəhs edir. Həyat yoldaşından boşanmağa qərar vermiş bir uşaq anası ona bu işdə hüquqi tərəfdən kömək edmək üçün vəkillə müraciət edir. Boşanma prosesi ərəfəsində vəkil və Günay İbrahimlinin obrazını yaratdığı gənc xanım arasında sevgi yaranır. Yəni bir boşanmadan yeni bir sevgi doğulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31