Türkiyəli məşhurlar haqda falçılar proqnoz verdi
Türkiyənin məşhur astroloqlarından biri olan Filiz Özkol bəzi məşhurların onların məsləhətlərinə çox ehtiyaclarının olduqları üçün önəmli işlər üçün falçılara müraciət etdiyini deyib
8 Aprel 2013 19:41 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət öncə Türkiyədə ən çox izlənilən "Yaprak Dökümü" serialının ilk yayım gününü müəyyənləşdirən Filiz Özkol bundan başqa digər əlamətdar günlər haqda proqnozlar verməklə də diqqət çəkib. Belə ki, o Mustafa Sandalın ikinci övladının doğum tarixini, Gülben Ergenin boşanma gününü müəyyənləşdirməklə hər kəsin marağına səbəb olub. Qatıldığı proqramların birində tanınmışların gələcək həyatı haqda açıqlama verən falçı məşhur aktyor Kıvanç Tatlıtuğ ilə Azranın heç vaxt ayrılmayacağını, Beren Saat-Kənan Doğulu cütlüyünün isə ailə həyatı qurduqdan sonra ayrılacağını dedi. Özkal Beren-Kənanın cütlüyünün aralarında yaranan problemlərlə əlaqədar ayrılacağını proqnoz edib.