“Bu şəhərdə” geri dönür
Bir neçə gün Rusiyada yaşayan həmyerlilərimizin qarşısında konsert proqramı ilə çıxış edən “Bu şəhərdə” kollektivi sabah Bakıya geri dönür
8 Aprel 2013 19:33 Mədəniyyət"Bu şəhərdə"nin ssenari müəllifi Müşfiq Abbasov "OLAYLAR"a verdiyi açıqlamasında bu haqda danışıb: "Hazırda da Rusiyadayıq. Öncə Sankt-Peterburqda, sonra isə Moskvada "Ər İştə"ni təqdim etdik. Sankt-Peterburqdakı konsertimizi Vaqif Məmişov təşkil etmişdir. Bu konsert Novruz bayramı ilə əlaqədar keçirildi. Daha sonra konsert gününün iki gün də artırılması təklifi ilə əlaqədar yalnız bu gün Rusiyada yaşayan yerli azərbaycanlıların qarşısında çıxış edə biləcəyik. Əfsuslar ki, reklam işləri ilə əlaqədar Türkiyəyə gedəcəyimiz üçün sabahkı konsertdən imtina etməli olduq. Ayın doqquzu axşam saatlarında Bakıya qayıdıb, şirkətlərdən birinin reklam işləri ilə əlaqədar Türkiyəyə gedəcəyik. Çıxış etdiyimiz konsert 14 minlik salonda keçirildi. Yerlər dolduğu üçün 100 oturacaq da əlavə olundu".
Müşfiq Abbasov görüşün yüksək səviyyədə təşkil olunmasından da danışdı: "Görüşümüzün təşkilatçılığı yüksək səviyyədə təşkil edilmişdir. Hər şeydən razı qaldıq. Konsert salonunda yerli azərbaycanlılarla yanaşı ruslar, həmçinin səfirliyin nümayəndələri də əyləşmişdir. Rusların konsertdə olması bizi çox təəccübləndirdi. Təşkilatçılar bu haqda bizə məlumat verərək salonda əyləşən rusların "YouTube"-dakı videolarımızı izlədiklərini dedilər. Bakıda olduğu kimi Rusiyadakı konsertin aparıcısı Nəsir olub. Konsertdə yerli müğənnilərdən Səidə Sultan və Rəqsanə çıxış edib".