"Eurovision 2013" təmsilçimiz və mahnımız yunanları valeh etdi VIDEO
Fərid Afina televiziyalarında qonaq olub
8 Aprel 2013 17:48 MədəniyyətAzərbaycanın "Eurovision 2013" mahnı müsabiqəsindəki təmsilçisi Fərid Məmmədov Avropa turnesi çərçivəsində Yunanıstana səfər edib. ANS PRESS-in məlumatına görə, təmsilçimiz səfər ərəfəsində Afinanın bir neçə televiziya proqramına dəvət alıb. Onun yarışmada təqdim edəcəyi "Hold me" mahnısı yunanları valeh edib.
Proqramda Fərid müsabiqəyə necə qatılması, milli seçimlərdə necə qalib gəlməsi və bir çox sualları rus dilində cavablandırıb.
Qeyd edək ki, Azərbaycanın "Eurovision 2013" təmsilçisi Fərid Məmmədov 16 mayda keçiriləcək II yarımfinalında 4 nömrə altında çıxış edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31