Cem Yılmaz üçün 16 ildən sonra sürpriz

Uzun müddətdir ki, heyranları ilə görüş təşkil etməyən Türkiyənin məşhur komediya ulduzu Cem Yılmaz yeni diskinin tanıtımı üçün imza gününü keçirib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Cem Yılmaz üçün bu tanıtım mərasimində fərqli olan bir amil isə onun 16 il öncə gördüyü doğması ilə qarşılaşmasıdır. Yılmazın xalası qızı Nəsibə Yılmaz hər kəsin gözü önündə ona sarılaraq media nümayəndələrinə belə açıqlama verib: "O, mənim dayım oğludur. 16 ildir ki, görüşmürdük. Onu yenidən gördüyüm üçün həyəcanlandım. Bu göz yaşlarım yalnız sevinc göz yaşlarıdır". Cem Yılmaz isə jurnalistlərə verdiyi açıqlamasında xalası qızı Nəsibəni bugünki təqdimat mərasimində gördüyündən çox şad olduğunu, bundan sonra ayrılmayacaqlarını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31