Məşhur müğənni fanat hücumuna məruz qaldı

Tanınmış müğənni Zamiq Hüseynovun konserti baş tutub. Azure əyləncə və ticarət mərkəzində keçirilən konsertdə 30 dəqiqə iştirak edən müğənni ən sevilən mahnılarını fanat ordusu üçün səsləndirib. Konsert həm də müğənninin fanatları ilə görüşü ilə yadda qalıb. Müğənninin mahnılarını əzbərdən səsləndirən pərəstişkar isə Zamiqin albomunu əldə ediblər. Onunla şəkil çəkdirmək istəyən qızlar əsl izdiham yaşadıblar. Fanat hücumuna məruz qalan müğənni oxuduqdan dərhal sonra məkanı tərk etmək məcburiyyətində qalıb.Onu da qeyd edək ki,  aparıcı Murad Arif olduğu konsert proqramında Zamiqin çıxışından sonra səhnəyə xalq artisti Brilliant Dadaşova təşrif buyurub. Estrada ulduzu da 30 dəqiqəlik çıxışı ilə tamaşaçılarını əyləndirib. Mərasimdə gözümüzə xalq artisti Zülfiyyə Xanbabayeva da dəydi. Müğənni rəfiqəsi Brilliant Dadaşova ilə gəldiyini dilə gətirdi və səhnəyə çıxmadı. Tədbirdə baş verən ən maraqlı məqamları isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31