“Brilyant əl” filminin aktyoru Bakıya gəlib
8 Aprel 2013 14:17 MədəniyyətRusiya Federasiyasının Əməkdar artisti Leonid Kanevski Azərbaycana gəlib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, aktyor dünyada məşhur olan müalicəvi Naftalan neftinin təbliği ilə bağlı reklam çarxının çəkilişlərində iştirak edib.
Qeyd edək ki, məşhur aktyor hələ 1968-ci ildə populyar sovet kinokomediyası olan "Brilyant əl" filminin çəkilişi zamanı ilk dəfə Bakıda olub. Həmin filmin bəzi səhnələri paytaxtımızda - İçərişəhərdə lentə alınıb və Leonid Kanevski küçədə yıxılaraq huşunu itirən sovet turisti Semyon Qorbunkovun (aktyor Yuri Nikulin) qoluna gips qoyan qaçaqmalçı rolunda çəkilib. Bu dəfə isə aktyor həmin səhnəni Naftalan nefti ilə bağlı reklam çarxında oynamalı olub. Sənətçi bildirib ki, məşhur kinolentdəki epizodu belə bir reklam çarxında təzədən oynamaq onun üçün çox sevindirici idi. ("OLAYLAR"İA)