Azərbaycanlı müğənninin dondurma kefi
O, səsinin qayğısına qalmır...
8 Aprel 2013 13:14 MədəniyyətMilli.Az-ın fotokamerası tanınmış estrada müğənnisi və teleaparıcı Elnarə Xəlilovanı paytaxtın əyləncə mərkəzlərinin birində dondurma yeyərkən görüntüləyib.
Rəfiqələri ilə birlikdə axşam vaxtı istirahət edən müğənni onu çəkdiyimizi görüncə qətiyyən narahatlıq keçirmədi, bizi də qonaq etməyə hazır olduğunu dilə gətirdi. Nə üçün səsinin qayğısına qalmadığı ilə bağlı sualımız da cavabsız qalmadı:
"Elə çıxmasın ki, hər axşam dondurma yeyirəm. Sadəcə, sizdən qaçmaq mümkünsüzdür, ayda-ildə bir dəfə qızlarla şəhərə çıxdım, onda da siz yaxaladınız. Dondurmaya gəldikdə isə onun səsə elə də ziyanı yoxdur. Bunu söz xatirinə demirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31