Polad Alemdarın zərərli vərdişi
Aktyordan səmimi açıqlamalar...
8 Aprel 2013 13:09 MədəniyyətAzərbaycan tamaşaçısının da maraqla izlədiyi Türkiyənin ən məşhur seriallarından olan "Kurtlar Vadisi Pusu" filminin baş qəhrəmanı Necati Şaşmaz səmimi açıqlamalar verib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Polad Alemdar kimi tanınan aktyor özü haqqında bilinməyən məlumatları açıqlayıb. O, gündə 50 stəkan, bəzən isə hətda 80 stəkana yaxın çay içdiyini deyib.
Türk kanallarından birində yayımlanan verilişin qonağı olan N.Şaşmaz ağaran və uzanan saçları ilə də diqqət çəkib. Aktyor ailəsi haqqındada danışıb.
Belə ki, özündən 20 yaş cavan olan həyat yoldaşının hamiləliyi barədə suala o, "ailə üzrlərimizin sayının çox olmasını istəyirəm", - deyə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31