Ana dilinin saflaşmasına çalışan ziyalı - YUBİLEY
Əkbər Qoşalının 40 illik yubileyi qeyd olunub
8 Aprel 2013 13:05 MədəniyyətAprelin 6-da Sumqayıtdakı "Turan" restoranında tanınmış şair, Türk Dünyası Gənc Yazarlar Birliyinin başqanı, Bakı Atarürk Mərkəzinin əməkdaşı Əkbər Qoşalının 40 illik yubileyi qeyd olunub. Yubileydə millət vəkilləri, ziyalılar, media nümayəndələri, yazarlar iştirak edib, yubilyar haqqında ürək sözlərini söyləyiblər. Millət vəkili Musa Qasımlı, Milli QHT forumunun sədri Rauf Zeyni, ATXƏM sədri İlham İsmayılov, tərcüməçi Seyfəddin Hüseynli, TOHGM İB sədri Emin Həsənli, Müasir İnkişaf İctimai Birlyinin sədri Mübariz Göyüşlü, hərbi mahnıların ifaçısı Şəmistian Əlizamanlı, jurnalisit Azər Həsrət, Nadir Azəri, Elman Cəfərli Əkbər Qoşalını səmimi insan, vətəndaş mövqeyi olan fəal ictimaiyyətçi, ana dilinin saflaşmasına xidmət göstərən ziyalı kimi xarakterizə edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar. Yubiley məclisi aşıq və xanəndələrin maraqlı ifaları davam etdirilib. ("OLAYLAR"İA)