Yalçın Rzazadə Brilliant Dadaşova və Aygün Kazımovaya etiraz etdi - QALMAQAL

Xalq artist Yalçın Rzazadə onun mahnılarını oxuyanlardan narazılıq edib. Lent. az-a açıqlama verən sənətkar narazılığını bu şəkildə bildirib: "İllərin sənətkarıyam. İndi dinlədiyim, məni heyrətləndirən ifaçı yoxdur. Mahnılarıma müraciət edənlərə də  qulaq asıram. Düzünü deyim, heç bəyənmirəm.  Brilliant xanım da, Aygün xanım da  mənim mahnılarımı oxuyublar. Amma bir dəfə də deməyiblər ki, mahnının ilk ifaçısı Yalçın Rzazadə olub. Bu sadəcə, bir mədəniyyətdir. İlk ifaçını vurğulamaq lazımdır. Onlara  qadağa qoymuram, oxusunlar. Ancaq  adımı çəkməyi unutmasınlar..." deyə xalq artisti əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31