Xalq artisti Türkiyədə axtardığını Bakıda tapdı VIDEO
Brilliant Dadaşova əyləncə və ticarət mərkəzində konsert verdi
8 Aprel 2013 12:32 MədəniyyətÖtən şənbə Brilliant Dadaşova Bakıda yeni istifadəyə verilmiş ticarət və əyləncə mərkəzində konsert proqramı ilə çıxış edib. ANS PRESS-in məlumatına görə, müğənni repertuarındakı ritmik mahnılarını mərkəzə gələnlər üçün ifa etdi. Tanınmış şoumen, bəstəçi və teleaparıcı Murad Arifin aparıcı ilə baş tutan konsertin iştirakçıları Brilliant xanımın ifasında gözəl mahnılar dinlədilər. Fəal iştirakçılar isə Muraddan hədiyyələr aldılar.
Brilliant xanım tamaşaçılarla ünsiyyət yaratmaqla yanaşı səhnədən mərkəzdəki mağazalara da nəzər salırdı. O, telefon mağazasındakı satıcıya son model telefonu üçün çexol axtardığını söylədi. Onun dediklərindən məlum oldu ki, qırmızı rəngdə, üzərində "Ferrari" şəkli olan çexolu çox bəyənir, amma neçə vaxtdır Türkiyədə bu çexoldan tapa bilmir: "Artıq köhnə çexol yırtılıb. Tanışlarım mənə deyir ki, ay Brilliant, bilirik belə məqamlar sənin üçün əhəmiyyətsizdir, amma yenə də belə köhnə çexolu niyə istifadə edirsən? Mən isə həmişə deyirəm ki, digər çexolları işlətmək mənə münasib deyil. Bu markanı çox axtarırdım, çox şadam ki, burada tapdım".
Satıcı isə çexolu Brilliant xanıma satmadı, hədiyyə etdi.