Azərbaycanlı müğənni kimdən qisas alacaq?

"Biz o kişi ilə gənc vaxtlarımızda sevgi yaşadıq. Bizim oğlumuz oldu, amma evlənə bilməzdik. O, özü böyüdəcəyini deyib, uşağı məndən aldı. Bir müddətdən sonra uşağı görmək istədiyimi bildirdim. Cavabında mənə oğlumun öldüyünü xəbər verdi. Mən də inandım... Əslində isə bu illər ərzində ölü bildiyim oğlum sağ imiş. İndi 22 yaşı var. Məni balamdan ayrı salan o adamdan bunun hayıfını alacam. Bu qisası onda qoymayacam".
Bu açıqlama müğənni Sevda Kazımovaya məxsusdur. ANS PRESS-ə açıqlamasında seriala dəvət aldığını deyən ifaçı bizə rolu barədə danışarkən bunları deyib: "Sevginin göz yaşları" adlı seriala çəkilirəm. Rolum qisasçı qadın obrazıdır. Gənc yaşlarımda yaşadığım bir eşqin qurbanı olmuşam. Uşağımı məndən alıb gizlədiblər. Məni oğlumdan ayırıblar və mən qisas atəşi ilə alışıb yanan, həyatı məhv olmuş bir qadın obrazını yaratmalıyam. Düşünürəm ki, bunun öhdəsindən gələcəm. Çünki ssenari də, obraz da məni cəlb etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31