Zamiq fanatlarını sevindirəcək
5 Aprel 2013 19:38 MədəniyyətMəşhur müğənni Zamiq Hüseynov fanatlarını sevindirəcək. "Olaylar"ın məlumatına görə, müğənni onlarla görüş keçirəcək. Uzun zamandır planlaşdırılan görüş sabah saat 17:30-da baş tutacaq. Azurə əyləncə və ticarət mərkəzində keçiriləcək görüşdə Zamiqin ən sadiq fanatları ilə yanaşı onu sevən hər kəs iştirak edə biləcək. "Fanat sözümdən xoşum gəlmir. Mən onları dostlarım adlandırıram. Uzun zamandır mənimlə görüşmək istədiklərini deyirlər. İşlər bir az çox idi. Görüş baş tutmurdu. Şükür, vaxt edə bildik. Səmimi desəm, mən də onlar üçün darıxmışam və sabahı səbirsizliklə gözləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31