50 milyon dollarlıq reklam çarxı VIDEO
Ulduzun yeni videoçarxı internetə gün ərzində rekord sayda izlənib
5 Aprel 2013 18:08 MədəniyyətDünya ulduzu Beyonsun 50 milyon dollar müqabilində çəkildiyi növbəti reklam çarxı tamaşaçıların ixtiyarına verilib. ANS PRESS-in məlumatına görə, o, videoçarxda müxtəlif obrazlarda özü-özünü oynayır. Bu obrazlar müğənninin "Crazy in Love", "Bootylicious" və "Single Ladies" kliplərində gördüyümüz personajlardır.
Videoçarx internetə yükləndiyi 1 gün ərzində rekord sayda - 1 122 775 dəfə izlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31