Keçmiş sevgilisi Hadisəyə mahnı yazdı
Bəstəkar-müğənni Sinan Akçıl öncələr sevgili olduğu Hadisə haqda atmacalarla dolu albom yazıb
5 Aprel 2013 15:10 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə müğənninin bu mahnısı onun yenicə işıq üzü görəcək "Kapı" albomuna daxil olub. Münasibətlərinin Hadisənin bacısına görə bitdiyini deyən Sinan musiqisi və sözləri özünə aid mahnının sözlərində onun haqda da fikirlər səsləndirib. Mahnının "Yapma bunu yapmacık, sende her şey azacıq" sözləri maqazin jurnalistlərinin də diqqətini çəkib. Xatırladaq ki, 2010-cu ilədək birgə olan, böyük məhəbbət yaşayan cütlüyün ayrılmasına səbəb Hadisənin bacısının "Tvitter"də onun haqda sərt fikirlər səsləndirməsi, olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31