Cennifer Lopesin sabiq əri elə sevgili tapıb ki...

Amerikalı müğənni və aktrisa Cennifer Lopesin sabiq əri, bəstəkar və müğənni Mark Entoni boşanmadan sonra çox qısa müddətdə tək qaldı. O, indi 22 yaşlı Hloy Qrinlə birlikdədir. Topshop brendinin varisi, multimilyader qızı Qrinlə Entoni dünən ABŞ-ın Florida ştatındakı Mayami şəhərində idilər.
Milli.Az Radar Online-a istinadən bildirir ki, 44 yaşlı Entoninin qızı yaşındakı sevgilisi onun sabiq arvadı Cennifer Lopesə bənzəyir.
Cennifer Lopes isə məşuqu, rəqqas Kasper Smartla birlikdə Nyu-Yorkdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31