“Eurovision-2013”ün ən son biletləri satışa çıxarılacaq
Biletlərin satışı aprelin 8-də səhər saat 10:00-dan başlanacaq
5 Aprel 2013 12:46 Mədəniyyətİsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsinin ən son biletləri aprelin 8-dən satışa çıxarılacaq. ANS PRESS-in məlumatına görə, "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytında bu barədə yazılıb.
Saytda bir qədər əvvəl satışa çıxarılmış biletlərin, o cümlədən mayın 18-də keçiriləcək final şousunun biletlərinin artıq satıldığı bildirilir. İndi isə müsabiqənin bütün konsertlərinin və məşqlərinin biletləri satışına start veriləcək.
Biletlərin satışı aprelin 8-də ticnet.se saytında Mərkəzi Avropa vaxtı ilə səhər saat 10:00-dan başlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31