Bəxt üzüyü tapıldı... VIDEO

Sevinc gizlətdiyi üzüyü 22 ildən sonra anasının məzarının üstünə buraxdı

Vaqif Səmədoğlunun 22 il əvvəl itirdiyi bəxt üzüyü tapıldı. ANS PRESS-in məlumatına görə, Saranın 22 il əvvəl itirdiyi üzük gənc və istedadlı rejissor Türkay Azərinin "Bəxt üzüyü" filminin motivləri əsasında ekranlaşdırdığı "Bəxt üzüyü 2" adlı klipdə tapılıb. Klipdə aktyor Ayşad Məmmədov 22 ildən sonra Hüseyni, Sevinc Agaşirinova isə onun filmdəki qızı balaca Sevinc obrazında çəkiliblər. Klipin sujet xəttinə görə filmdə bəxt üzüyünü itirmiş Saranın balaca qızı Sevinc, hadisələrin baş verdiyi baş evinin həyətindəki ağacın dibində gizlətdiyi üzüyü 22 sonra anasının vəfatından sonra oradan çıxarır. Sevinc uzun illərdən sonra atası Hüseynlə anasının məzarı önündə qarşılaşır. O vaxt bağ evində yaşayanları bir-birinə vuran o məşhur bəxt üzüyü Saranın məzarının üstünə buraxılır.
"Bəxt üzüyü 2" klipi müğənni Sevinc Ağaşirinovanın ifa etdiyi "Qatar" mahnısına çəkilib. Mahnının sözlərinin müəllifi Fərid.N , musiqisi Nüranə Nura aiddir.
Klip "TEMP Production" şirkətinin məhsuludur. Ekran işi üzərində rejissor Türkay Azəri, operator Vaqif Rəşidov, işıq tərtibatçısı İlham Əliyev, səs tərtibatçısı Şahin Allahverdiyev, fotoqraflar Azər Kamil və Vüsal Rəşidov, qrim üzrə rəssam Zərifə Məmmədova, geyim üzrə rəssam Səadət Cəbiyeva, qrafist Anişenko Alex, asisstent Ayşən Heydərli, baş menecer Elşən İlyasov işləyişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31