Tatlısesin qızı bir həftəyə qədər doğulacaq
Körpənin gələn həftə çərşənbə axşamı gününə qədər dünyaya gələcəyi bildirilir
5 Aprel 2013 07:27 MədəniyyətTanınmış müğənni İbrahim Tatlısesin 9 aylıq hamilə həyat yoldaşı Ayşəgül Yıldız ötən gün həkim nəzarəti üçün xəstəxanaya gedib. Xəstəxanada 1 saat qalan 32 yaşlı Yıldız çıxarkən qarşısında jurnalistləri görərək təəccüblənib. Ayşəgül Yıldız xəstəxanadan doğum üçün tarix verildiyini, körpənin gələn həftə çərşənbə axşamı gününə qədər dünyaya gələcəyini deyib.Qeyd edək ki, qız övlad gözləyən cütlük ona Elif Naz adını verməyi planlaşdırır. Müğənni Tatlıses isə daha əvvəl, "anası kimi sarı saçlı, mavi gözlü qız istəyirəm" - demişdi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31