Nazpəri İlhamə Quliyevanın fironluğuna son qoyacaq
"Əxlaqa sığmayan ifadələr işlətməsə, fironluq fikrindən əl çəkib yaşına uyğun davranarsa..."
4 Aprel 2013 20:05 Mədəniyyət"İlhamə Quliyeva fironluq iddiasından əl çəksə, barışıq ola bilər." ANS PRESS-in məlumatına görə, xalq artisti Nazpəri Dostəliyeva diasporxeber.az saytına müsahibəsində belə deyib. Nazpəri xanım "Xalq artisti İlhamə Quliyeva ilə barışmaq ehtimalı varmı?" sualını belə cavablandırıb:
"Maraqlı sualdır. Bizim barışıb-barışmamağımızdan asılı olmayaraq, bir müddət sonra kimdən soruşsalar ki, bu münaqişənin səbəbi nədir, heç kəs xatırlamayacaq. Yəni, İlhamə Quliyeva öz vəziyyətini daha da dərinləşdirməsə, canlı efirdə kimin ünvanına deyilməsindən asılı olmayaraq, əxlaqa sığmayan ifadələr işlətməsə, sənət aləmində əsassız fironluq fikrindən əl çəkib yaşına uyğun davranarsa, barışıq şansı həmişə ortadadır".