Məleykə Əsədova: "İndiki serialların vəziyyəti ürək açan deyil"
4 Aprel 2013 19:40 MədəniyyətSovet dövründə çəkildiyi seriallara görə şöhrət qazanan Məleykə Əsədova indi kinoya çəkilmir. Milli.Az xəbər verir ki, aktrisa bunun səbəbini Day.Az saytına açıqlayıb. "Mən, hələ ki, film çəkilişlərinə dəvətlərə yox deyirəm. Çünki bu gün seriallarımız elə səviyyədə deyil ki, mən onlarda çəkilməyə razılıq verim. Serial kollektiv əməyidir və burada hər kəs - operatorlar da, aktyorlar da, ssenaristlər də, rejissorlar da yüksək səviyyəni dəstəkləməlidir. Hələ ki, professional çoxtərəflilik müşahidə olunmur. İnanıram ki, yüksək səviyyəli seriallarımız uzaqda deyil", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31