Kənanla Hülyanın səsi cizgi filmində səslənəcək

Məşhur müğənnilər bu dəfə də “Max sərgüzəştləri-Dinoretta”da məşhur qəhrəmanları səsləndirəcəklər

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hər zaman çəkildiyi filmlərdə müsbət obazı canlandıran məşhur türk müğənnisi Hülya Avşar Kənan Doğulu ilə qəhrəmanların səslərini ifa edəcəyi cizgi filmində mənfi tip olacaq. O, cizgi filmində mənfi qəhrəman olan şahzadə Felinanın sözlərini səsləndirəcək. Cizgi filmi haqda Hülya Avşar isə belə danışıb: "Film əslində uşaqlara birliyin, dostluğun faydalarından  bəhs edir. Həyatda bir çoxlarımız bu birliklə istəyinə nail olub, çətinliklərə sinə gəlir. Baş qəhrəman Aslan Maksın macəraları da bundan bəhs edir. Biz cizgi filmlərinə müraciət etməklə unudulan dəyərləri uşaqlara aşılamağa çalışırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31