Ajda Pekkana ən böyük mükafat verildi
Türkiyənin ən çox sevilən sənətkarlarından biri olan Ajda Pekkan Türk Patent İnstitutu tərəfindən “Bütün Zamanların Dəyişməyən Markası” mükafatı ilə təltif edilib
4 Aprel 2013 18:08 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir çox məşhur müğənnilərin, həmçinin siyasi xadimlərin də qatıldığı təqdimat mərasimində Ajda Pekkan da sevinc təəssüratlarını bölüşüb: "Mükafata layiq görülmək çox gözəldir, lakin "Bütün Zamanlarin Dəyişməyən Markası"na layiq görülmək hər şeydən gözəldir. Marka olmaq fərqli olmaqdır. Bu söz özündə böyük mənaları ehtiva edir. Mən bu mükafata insanların sevimlisi, ən çox dinlənilən müğənnisi olduğum üçün layiq görülmüşən. Bu sevənlərimin böyük uğurudur. Mənim üçün fərqli olmaq, insanların sevimlisinə çevrilmək, hər zaman yeniliklər etmək, dəyişilmək, yeni şeylər öyrənmək hər şeydən önəmlidir. Fəaliyyətim çərçivəsində də bu amillərə diqqət yetirmişəm. Ajda Pekkan markasını heyranları yaratdı. Bunun üçün onların da təəssüratları mənim üçün önəmlidir". Hər zaman yaşına uyğun mahnılar ifa etməməsi ilə müzakirə obyektinə çevrilən Ajda Pekkan "Yakar Geçerim", "Kimlər gəldi, kimlər getdi" kimi mahnıları çox sevdiyi üçün belə ifalara üstünlük verdiyini vurğulayıb.