Rusiyada Əyyub Quliyevin dirijorluğu ilə “İolanta”nın premyerası baş tutub
4 Aprel 2013 17:15 MədəniyyətSankt-Peterburqun Mixaylovski Dövlət Opera Teatrında dahi rus bəstəkarı Pyotr İlyiç Çaykovskinin "İolanta" operasının premyerası baş tutub. Operanın dünya premyerası 1892-ci ildə Mariinski teatrında baş. Azərbaycan Akademik Opera və Balet teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin idarəsi ilə keçən operanın quruluşçu rejissoru Sergey Şepelev, quruluşçu rəssamı isə Vyaceşlav Okunevdir. "İolanta" dirijor Əyyub Quliyevin və Mixaylovski Opera Teatrının ilk müştərək lahiyəsidir. Tamaşadan sonra teatr rəhbərliyinin dəvətilə Əyyub Quliyev növbəti mövsümdə italyan bəstəkarı C.Puççinin operasını dirijorluq etmək üçün dəvət alıb. DirijorƏyyub Quliyev Bakı Musiqi Akademiyası, Sankt-Peterburq Konservatoriyası və Vyana Dövlət Musiqi Universitetinin məzunudur. A. Toskanini, V.Lutoslavski, S.Çelibedaki vəD.Mitropulos adına beynəlxalq müsabiqələrin qalibidir. 2008-i ildə"Zirvə" Dövlət Mükafatına layiq görülüb. 2011-ci ilin yanvar ayından Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrında dirijor kimi fəaliyyətə başlamışdır. Müxtəlif илляр ярzindя Я.Гuliyev London Kral Filarmonik orkestri (İngiltərə), "Olimpiya" simfonik orkestri (ABŞ), Toskanini Filarmonik Orkestri (İtaliya), Vyana Kamera orkestri (Avstriya), "Colours" simfonik orkestri (Yunanistan), "Çex virtuozları", Şimal Çex Filarmonik orkestri, Krayova Opera və Filarmonik orkestrləri (Rumıniya), Подлйазийа Опера вя Филармоник оркестри, Балтик Филармоник оркестри (Polшa), "Dunay" orkestri (Macarıstan), Slovakiya Dövlət Kamera orkestri, Zaгreb Dövlət simfonik orkestri (Xorvatiya), Mariinski teatrının vəSankt-Peterburq Akademik Filarmoniyasının orkestrləri, Novosibirsk və Kalininqrad filarmonik orkestrləri, Kiyev vəDonetsk Opera Teatrlarının simfonik orkestrləri, Bеларус Республикасынын Дювлят Академик симфоник оркестри və Azяrbaycan Dюvlяt сimfonik оrkestriня дирижорлуг еdib. ("OLAYLAR"İA)