Kazanda türk incəsənət sərgisi keçirilib
4 Aprel 2013 17:06 MədəniyyətOlaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, TBMM-nin spikerinin müavini və parlamentin nümayəndə heyəti Tatarıstanın paytaxtı Kazan şəhərində "Sirr xəzinələri - klassik türk incəsənəti" adlı sərgidə iştirak edib. Sərgi Kazan Kreml kompleksinin "Manej" zalında təşkil edilib. Qeyd edək ki, kompleks YUNESKO tərəfindən Dünya İrs Siyahısına daxil edilib. Tatarıstan parlamentinin sədri Fərid Muhamətşin iki ölkə arasında mədəni əlaqələrin daha möhkəmləndirilməsi arzusunu ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31