Məhşur aktyorun əcdadları kimdir?
Hollivud ulduzunun əslinin irland mənşəli olduğu ortaya çıxıb
4 Aprel 2013 20:57 MədəniyyətMəşhur Hollivud aktyoru Tom Kruz "Oblivion" filminin təqdimatında iştirak etmək üçün İrlandiyaya səfəri zamanı maraqlı faktla qarşılaşıb. Belə ki, paytaxt Dublində yerləşən tədqiqat mərkəzinin araşdırmalarına əsasən, aktyorun əslinin irland mənşəli olduğu aydınlaşıb.
Araşdırmalar nəticəsində Tom Kruzun nəsil şəcərəsində 12-ci əsrdə yaşamış irlandiya cəngavərin, eləcə də 19-cu əsrdə yaşamış yerli qəhrəmanın olduğu müəyyənləşib. Bunu öyrənən aktyor irland mənşəli olmasından qürur duyduğunu bildirib. Aktyor əvvəllər irland köklərinin olduğunu ancaq bu qədər dərinliklərə qədər bilmədiyini qeyd edib.
Tom Kruz gələcəkdə də İrlandiyaya gəlib buranı gəzmək istədiyini bildirib. "Mən bura gəlib öz əcdadlarımın torpağında gəzməyi, onların qəsrini görməyi çox istərdim." - deyə, aktyor özünü belə ifadə edib.