Aktrisa rahibələri ələ saldı

Amerikalı məşhur maneken və aktrisa Keyt Uptonun “The Three Stooges” filmində alt paltarında olan səhnələrin birində başında rahibə örtüyü ilə görüntülənməsi dindarların qəzəbinə tuş gəlib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisanın belə görüntülənməsi ona və filmi istehsal edən "20th Century Fox" birliyinə qarşı etirazların səslənməsinə səbəb olub. Rahibə Berniseni canlandıran aktrisanın belə görüntülənməsinə Dini Haqalar üzrə Katolik Qrupunun mətbuat katibi olan Bill Donohue münasibət bildirib: "Hollivud 1950-ci illərdə olduğu kimi deyil. O zamanlar dinə sayqı ilə yanaşırdılar. İndi isə xrsitianlara, xüsusilə də katoliklərə qarşı hörmətsiz davranırlar". Filmi istehsal edən "20th Century Fox" istehsalat birliyi isə bu haqda səslənən fikirlərə belə cavab verib: "Film televiziyanın bütün qayda-qanunlarına uyğun şəkildə çəkilib".



 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31