Ekstrasensin şou-biznes ulduzlarımız barədə şok proqnozları
Baxıcı Almaz: "Rəqsanəni dəhşət gözləyir"
4 Aprel 2013 15:16 MədəniyyətEkstrasenslərə, baxıcılara, falçılara, öncəgörücülərə hər kəs inanmasa da, bu sahəyə maraq həmişə olub. ANS PRESS oxucuların bu marağını nəzərə alıb tanınmış baxıcı Almazdan şou-bizneslə bağlı proqnoz verməsini xahiş edib. Baxıcının proqnozlarını olduğu kimi təqdim edirik:
"Röyanın Türkiyədəki fəaliyyəti uzunmüddəli deyil, orada yaşamayacaq. Çünki o, başqa ölkədə Azərbaycandakı kimi uğur qazanmayacaq. Onun üçün ən uğurlu ölkə Azərbaycandı. Burada şan-şöhrəti də, qazancı da həmişə olduğu kimi yüksək səviyyədə olacaq. Şəxsi həyatına gəlincə isə Röyanı Anarla xoşbəxt görmürəm. Onun ailəsini cadu -əməl ilə dağıtmağa çalışırlar. Bunu istəyənlər şou-biznes aləmidir. Şou-biznesdə olanların çoxu onun həm ailəsini, həm də özünü yıxmaq istəyirlər. Röya öz ailəsi ilə axıra kimi bir yerdə qalmayacaq. Elə indinin özündə də ailəsində problemlər yaşayır.
Aygün Kazımova müflis olmayacaq. Əksinə onu sürprizlər gözləyir. Bir sözlə, onun üçün yaxşı olacaq. Aygünə başqa ölkədən duet təklifi gələcək. Aygün Kazımova da Barilliant Dadaşova kimi başqa ölkədə yaşayacaq.
Rəqsanə ərə gedəcək, məncə artıq ərdədir. Amma axıra kimi ərdə qalmayacaq. Onu dəhşətli hadisə gözləyir. Borclarına görədir, nəyə görədir dəqiq bilmirəm, onu yaman qısnayırlar. Rəqsanəyə də cadu elətdirirlər, amma ona əməl -cadu eləyənlər özünkülərdi, şou-biznesdəkilər deyil.
Baxıcı Manaf Ağayev haqqında da proqnozlar verdi: "Manafı sürprizlər, şanslar gözləyir."