Tatlısəsin qızı:"Sənin kimi adamın qızı olmaqdan...."

Dilan Çıtak səssizliyini pozub

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsin nigahdan kənar qızı olduğu iddia edilən müğənni Dilan Çıtak ortaya çıxıb. Gənc sənətçi "Twitter"lə səssizliyini pozub.
ANS PRESS-in məlumatına görə, Çıtak atası olaraq İbrahim Tatlısəsi deyil, onu övladlığa götürən adamı gördüyünü deyib. "Bu gün həyatımda tanıdığım ən uca qəlbli insanın - atamın ölümündən 6 il ötür. Sənin qızın olmaqdan qürur duyuram Çem Çıtak", deyə səhifəsində yazıb.
Qeyd edək ki, D.Çıtakın İbrahim Tatlısəsin qızı olması ilə bağlı iddialar bir müddət öncə gənc qızın solisti olduğu evlilik proqramında səslənmişdi. Verilişin apaıcıları bu barədə məlumatlı olduqlarını desələrdə, şəxsi həyata müdaxilə etmək istəməmişdilər. Çıtak özü isə verilişi yarımçıq tərk edərək getmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31