Ayan psixoloqa “getsin özünü müalicə eləsin” dedi

Psixoloq Ramil Nəcəflinin müğənni Ayanın klipini əxlaqsızlıq adlandırmasına qarşı tərəfdən də cavab gəldi

"Mən belə psixoloq tanımıram, yəqin ki, bizim klipimiz vasitəsilə tanınmaq istəyir. Öncə də klipin mənim həyatıma heç bir aidiyyatı olmadığını demişdim. Əgər o, psixologiyanı başa düşürsə, belə deməməliydi. Ramil Nəcəflinin fikri mənim üçün önəmli deyil. Tanıdığım, hörmət qoyduğum psixoloqlar var. Onu heç tanımıram da. Deyibsə özü bilər, problem deyil. O, klipin harasında əxlaqsızlıq var? Əxlaqsızlıqdısa onda gərək Rihannanı, Şakiranı müzakirə edək. Klipdə heç bir əxlaqsızlıq  yoxdur. Məgər evli kişi başqa qadını sevmir? Bugünki dövrdə nə qədər elə adamlar var. Bu klipdə Xanım İsmayılqızı, Baba Vəziroğlu, Ədalət Şükürov var. Ramil Nəcəfli kimdir ki, onlar haqda nəsə fikir desin.  Getsin özünü insan kimi təsdiqləsin, sonra psixoloq kimi. Tanımıram belə psixoloq, heç onun fikri də mənim üçün maraqlı deyil. Getsin özünü müalicə eləsin".

Xatırladaq ki, psixoloq Ramil Nəcəfli "OLAYLAR"a verdiyi müsahibəsində müğənnilərin psixoloqa ehtiyacı olduğu haqda danışaraq gənc müğənni Ayanın Ədalət Şükürovla "Mən olacağam" mahnısına çəkilən klipi haqda bu fikirləri səsləndirmişdir: "Ayanın son günlərdə Ədalət Şükürovla çıxan klipi əxlaqsızlığı təbliğ edir. Klipdə normal sevgidən yox, əxlaqsızlıqdan söhbət gedir. Camaatın ailəsi, uşağı var. Dəyərləri bir qəpiklik etməklə cəmiyyətə də, onların psixologiyasına da mənfi təsir edirlər. Məgər hamının sevgilisi olmalıdır, bunu niyə standarta çevirirlər? Özlərinin də psixologiyası pozulub, millətin də psixologiyasını pozurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31