Azərbaycanlı rəqqasə göyün 16-cı qatında vur-çatlasın etdi...

Rəqqasə ən xoş gününü sevdiyi insanların əhatəsində keçirib. milli.Az xəbər verir ki, aprelin 3-də tanınmış azərbaycanlı rəqqasə, "Göyçək" təxəllüslü Fatimə Fətəliyeva özünün növbəti doğum gününü qeyd edib. Məclis paytaxtdakı göydələnlərin birinin ən üst qatında fəaliyyət göstərən restoranda baş tutdu. Rəqqasənin təbirincə desək, bu "göyün 16-cı qatı" idi... 
Ad gününə sürpriz qonaq kimi təşrif buyuran şəxs rəqqasə İlona Tağıyeva oldu. Prodüser Tolik və çalışdığı ulduz Sevda Yahyayevanın dəvəti ilə Fatiməni təbrikə gələn İlonanın çıxış səbəbkara xoş anlar yaşatdı.
"Çox sözə gərək yox" prinsipinə sadiq qalıb əksər estrada ulduzlarının vur-çatlasını ilə yadda qalan məclisdən çəkdiyimiz fotoları sizə təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31