Oksana Hindistandan qayıdır
4 Aprel 2013 12:16 MədəniyyətAmma bu gəlişi qısa vaxtı əhatə edəcək. Milli.Az xəbər verir ki, aylardan bəri Hindistanın Mumbay şəhərində rəqs sənətinin sirlərinə yiyələnən Oksana Rəsulova aprelin 10-dan sonra Azərbaycana qayıdacaq. Əməkdaşımızla söhbəti zamanı o bildirdi ki, səfəri cəmi 3 həftə davam edəcək: "Məqsəd doğmalarımı, dostlarımı görməkdir. Hamınız üçün darıxmışam, inşallah, görüşərik". Ondan da məlumunuz olsun ki, rəqqasənin bu səfərindən xəbər tutan "fan klub" üzvləri aprelin 20-də Oksana ilə görüş planlaşdırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31