Ukraynanın "Eurovision 2013" təmsilçisi Bakı küçələrində heyrətə gəldi

Bu il Ukraynanı "Eurovision" müsabiqəsində təmsil edəcək Zlata Oqneviç Bakının qədim hissəsi olan İçərişəhərdə gəzintiyə çıxıb. Milli.Az Trend Life-a istinadən xəbər verir ki, Zlata qədim Bakının onu heyrətləndirdiyini deyib. Bakıda Qız qalasını görən müğənni doğma şəhəri Sudakda da Qız qalasının olduğunu deyib.
Müğənni deyib ki, Bakının Qız qalasının əfsanəsi Ukraynadakı Qız qalasının əfsanəsinə çox oxşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31