Müxbir Aygün Kazımovanın məruz qaldığı hücum haqda danışdı

Xalq artisti Aygün Kazımova Atv telekanalında yayımlanan "Pilus Minus" verlişinə müsahibə verərkən hücuma məruz qalmışdı. Artıq bu haqda "Pilus Minus"un müxbiri Tural Ozan da danışıb. Olayı xatırlayan müxbir özünün "Facebook" rəsmi səhifəsində hadisə haqda ətraflı məlumat yerləşdirib. O, statusunda çox dəhşətli gün yaşadığını, yolda avtomobillərinə hücum olunduğu haqda informasiyanı paylaşıb. Mühafizəçilərin köməyi ilə güclə xilas olduqlarını deyən Tural olay nəticəsində dəhşətli kadrların lentə alındığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31