Tatlısəs “Tvitter”ə geri döndü
Məşhur türk müğənnisi İbrahim Tatlısəs 32 gün öncə vidalaşdığı “Tvitter” sosial şəbəkəsindəki rəsmi səhifəsinə geri dönüb
3 Aprel 2013 17:58 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət bundan öncə "Tvitter"i tərk etmək haqda səhifəsində olan izləyicilər üçün "bundan sonra bu səhifədə olmayacağam. Nə zaman geri dönərsəm, Allah mənə lənət eləsin. Bundan sonra tvit-mivit sizin olsun" statusunu paylaşan müğənni yenidən sosial şəbəkədə görünüb. O, "Tvitter"ə qayıtmasının səbəbini isə belə izah edib: "Tikanlara görə, çiçəklərimi soldurub, onları boynu bükü qoymaram. Lazım gələrsə əlimi qanladaram. Kimsə qüsura baxmasın. Geri dönürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31