Ukraynada Azərbaycan musiqisi günləri keçirilir

Ukraynada "Azərbaycan musiqisi günləri" başlanıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ayın 4-dək davam edəcək tədbirin təşkilatçıları Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, iki ölkənin Bəstəkarlar İttifaqı, ölkəmizin Kiyevdəki səfirliyi, Azərbaycan diaspora təşkilatlarıdır.
Qeyd olunub ki, musiqi günlərində Ukrayna dinləyicisi Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov kimi korifeylərin, müasir bəstəkarların əsərləri ilə, həm də Ukraynada az tanınmış Azərbaycan musiqi alətlərində - tar, saz, kamança və başqa alətlərdə musiqiçilərin ifası ilə tanış olacaq. 
Aprelin 2-də UBİ-nin konsert salonunda kamera musiqisi konserti keçirilib. Ayın 3-də Ukrayna Milli Filarmoniyasında simfonik konsert, aprelin 4-də UBİ-nin binasında yekun konsert olacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31