Dünyanın 7 ən möhtəşəm kitabxanası
3 Aprel 2013 17:22 Mədəniyyət1. Vaşinqtonda yerləşən Mərkəzi Kitabxana öz müasir və mürəkkəb görünüşü ilə turistləri heyran edir. Kitabxananı ziyarət etmək üçün dünyanın hər yerindən turistlər axın edir. Kitabxana holland memar Rem Koolhas və amerikan layihəçi Joshua Ramus tərəfindən hazırlanıb.
2. Dublində yerləşən Üçlük Kollec Kitabxanası İrlandiyanın ən qədim kitabxanalarından biridir. 1592-ci ildə Kraliça Elizabet tərəfindən əsası qoyulub. Kitabxana yalnız xarici görkəmi ilə valehedici deyil, həm də 200.000-dən çox qədim kitabın saxlandığı və dünyada "Uzun Otaq"("Long Room") kimi tanınan tək bir otağa malikdir.
3.Doktor Seuss kimi tanınan Teador Giesel adını daşıyan Kaliforniya Universitet kitabxanası dünyada ən müasir kitabxanalardan biridir. Kitabxana ilk baxışdan kosmik gəmiyə bənzəyir. Kitabxananın layihəsi 1970-ci ildə memar Villiam Periera tərəfindən işlənib hazırlanıb.
4.Hollandiyanın Delft Texnologiya Universitetinin kitabxanası 1997-ci ildə tikilib və kitabxanada 862.000 kitab, 16.000 jurnal və muzey var. Kitabxananın görünüşü möhtəşəmdir. Kitabxana yerin altında yerləşir və kənardan faktiki olaraq onu görmək olmur.
5.Misirdə yerləşən İsgəndəriyyə kitabxanası sanki yunan dünyasının ən nüfuzlu kitabxanası olan kral kitabxanasının yenidən qurulmasıdır. Kitabxana təxminən 2300 il əvvəl Böyük İsgəndər tərəfindən tiklib. Yeni kitabxana 10 il dizayn, layihələşdirmə və konstruksiya işlərindən sonra Aralıq dənizi sahilində tikilib.
6.Ştutqart şəhər kitabxanası maraqlı tikililərdən biridir. Kitabxana Koreya əsilli alman memarı Yi Eun-yonq tərəfindən işlənib hazırlanıb. Binanın layihəsi qədim Roma Pantenonunu xatırladır. Kitabxananın görünüşü pilləli "ürək" formasındadır.
7.Sinqapurda yerləşən Bişan ictimai kitabxanası 4.000 kvadrat metr ərazini əhatə edir. Bina tamamilə şüşə ilə əhatə olunub. Kitabxanada mütailə edən insanları asanlıqla görmək mümkündür. Binanın görünüşdəki rəngarəng çıxıntılar rəfdən çıxarılan kitabı əks etdirir. Həmin çıxıntıların içərisində şəxsi mütailə üçün yerlər ayrılıb.