Modelyerlər 343 milyon cərimə edilib
Dolçe və Qabbana gəlir vergilərini gizədiblər
3 Aprel 2013 16:37 MədəniyyətMilan məhkəməsi Dolçe və Qabbananı 343,4 milyon avro cərimə edib. ANS PRESS-in "Komsomolskaya pravda" saytına istinadən verdiyi xəbərə görə, vergidən yayınan məşhur modelyerlər appelyasiya məhkəməsinə müraciət etsələr də, onların müraciətləri rədd olunub.
İtaliya vergi xidmətinin bildirdiyinə görə, onlar gəlirlərinin bir hissəsini Lüksemburq şirkəti vasitəsilə ölkədən çıxarıblar. Onların gizlətdikləri məbləğ 360 milyon avrodur.
Xatırladaq ki, "Dolce & Gabbana"şirkəti Domeniko Dolçe və Stefano Qabbana tərəfindən 1985-ci ildə yaradılıb. Şirkətin müştəriləri arasında Beyons, Madonna, Ancelina Coli və başqa tanınmış Hollivud ulduzları da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31