İbrahim Tatlısəs bu mağarada doğuldu - FOTO

Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik Urfa vilayətindəki Karakoyun dərəsində olub. Milli.Az Hürriyet-ə istinadən bildirir ki, Karakoyun dərəsində genişmiqaslı şəhərsalma və infrastrukrur layihəsi çərçivəsində təməlqoyma mərasiminə qatılan nazir Şanlıurfa şəhərinin bu layihə nəticəsində daha da inkişaf edəcəyini bildirib. 
Daha sonra o, Urfa valisi Celalettin Güvenc ilə birlikdə Karakoyun dərəsindəki mağaralardan birinə yollanıb. Həmin mağara məşhur müğənni İbrahim Tatlısəsin doğulduğu yerdir. "Tarixi məkanlardan birinin yanındakı mağarada doğulduğunu, anasının bir müddət burada yaşadığını İbrahim özü mənə demişdi. Tatlısəsin elə bir yoxsulluqdan indi Türkiyənin ən məşhur sənətçilərindən birinə çevrilməsi çox təqdirəlayiq məsələdir. B mağaradan çıxıb ən məşhur adamlardan birinə çevrilmək asan deyil", - Çelik deyib. O, mağaranın turistik məkanlardan birinə çevriləcəyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31